• Qozlu rulet resepti

Reseptin məlumatları Baxış sayı: 52 287

Tarix : 28-10-2016, 13:27

Bölmə : Peçenye reseptləri / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
1 st. kefir
250 qr. kərə yağı
3 st. un
1 çay qaşığı soda
1 çay qaşığı duz

Doldurulması üçün (içlik):
300 qr. qoz ləpəsi
1 st. şəkər tozu
Üzərinə çəkməyə 1 ədəd yumurtanın sarısı

Hazırlanması:
1. Öncə xəmiri hazırlayırıq. Bunun üçün un, soda və duz, qatıq əlavə edərək xəmiri yoğurun.
2. Daha sonra içini doldurmaq üçün qarışdırıcı ilə qoz ləpəsini xırdalayın və şəkər tozu ilə qarışdıraraq içlik hazırlayın.
3. Sonra isə incə xəmir yayaraq üzərinə bütün səthi boyu bərabər paylamaqla içliyi yayın. Daha sonra Rulet şəklində (şəkildəki kimi) bükün.
4. Ruleti tikələrə bölmək üçün çəpinə 4 sm qalınlığında kəsirik. Üzərinə yumurta sarı çəkib, bitki yağıyla yağlanmış qəlibə (listə) düzürük. 180 dərəcə temperaturda sobada 30 dəqiqə bişiririk.

Belə dadlı hazırlanmış yeməkdən sonra çoxlu çirkli yuyulmalı qab qalacaq. Narahat olmayın, Fairy ilə ən yağlı qabların öhtəsindən belə rahatlıqla gələ biləcəksiniz. – Dadlı.az tövsiyə edir!

http://keyfiyyetserfelidir.az/#promo2

Qozlu rulet resepti

Nuş olsun!

mənbə: cookingpower.ru
tərcümə: DADLI.AZ
Etiketlər: sonra, Üzərinə, xəmiri, içlik, şəkər, qaşığı, sobada, çoxlu, temperaturda, dəqiqə, yeməkdən, dadlı, dərəcə, hazırlanmış, bişiririk, listə, çəkib, yumurta, kəsirik, bitki
BİZİ İZLƏYİN