• Pişik dili peçenye ilə şokoladlı ekler resepti

Reseptin məlumatları Baxış sayı: 12 895

Tarix : 31-01-2017, 14:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
12 ədəd üçün:
1 paket pişik dili peçenye
2 su stəkanı süd

Kremi üçün:
3 yemək qaşığı un
3 su stəkanı süd
1 ədəd yumurta
2 çay stəkanı şəkər
1 paket labne pendiri
1 paket vanil

Digər ərzaqlar:
1 paket şokolad sous
Süd

Hazırlanması:
İlk olaraq kremi hazırlayaraq. Bir qazana un və şəkəri töküb qarışdıraq.
İçinə yumurta və südü əlavə edib bişirək. Altını söndürüb soyumağa qoyaq. Içinə vanil və labne pendirini qoyub 5 dəqiqə mikserləyək.
Şokolad sosuda üstündə yazan südlə hazırlayıb soyumağa qoyaq.
Çuxur bir qaba südü qoyub, pişik dili peçenyeləri südə batırıb tavaya yan yana düzək. yarısını düzdükdən sonra üstlərinə kremi çəkək.
qalan peçenyeləri də eynilə düzək. Üstlerinə qalan kremi yayıb biraz donmasını gözləyək. Üzərinə şokolad sousu tökək.

Nuş olsun!
Etiketlər: paket, kremi, stəkanı, düzək, peçenyeləri, şokolad, qoyaq, qoyub, vanil, soyumağa, qalan, pişik, labne, yumurta, Üzərinə, gözləyək, sousu, batırıb, Çuxur, yazan
BİZİ İZLƏYİN