• Şokolad dənəli ballı yulaf peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 13 167

Tarix : 5-02-2017, 16:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
½ fincan yağ
½ fincan bal
¼ fincan qəhvəyi şəkər
1 ədəd yumurta
1 çay qaşığı vanil
1,5 fincan yulaf
1 fincan buğda unu
½ çay qaşığı soda
¼ çay qaşığı duz
½ fincan az şəkərli şokolad dənələri

Hazırlanması:
Sobanı 175 dərəcə qızdırın. Tavaya yapışmayan yemək spreyi ya da yapışmayan kağız sərin.
Bir kasaya yağ, bal və qəhvəyi şəkəri əlavə edərək mikserlə çalmağa başlayın. Üzərinə yumurta və vanili də əlavə edib krem halına gələnəcən çalın.
Başqa bir qabda yulaf, un, soda və duzu qarışdıraraq üzərinə əlavə edib birlikdə çaldıqdan sonra sokolad dənələrini də əlavə edib biryerdə qarışdırın.
Qaşıqla kiçik-kiçik hissələrlə tavaya töküb 8-10 dəqiqə ərzində üzəri azca qızaranadək bişirin. Bişdikdən sonra 5 dəqiqə soyumasını gözləyib sonra tavadan götürün.
Hava kecirməyən bir qaba qoyaraq saxlaya bilərsiniz.

Nuş olsun!
Etiketlər: fincan, əlavə, sonra, qaşığı, yapışmayan, kiçik, yulaf, qəhvəyi, dəqiqə, yumurta, tavaya, Qaşıqla, hissələrlə, sokolad, çaldıqdan, birlikdə, töküb, dənələrini, biryerdə, qarışdırın
BİZİ İZLƏYİN