• Çiyələkli Rafaello resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 368

Tarix : 27-07-2014, 03:05

Bölmə : Peçenye reseptləri / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 q çiyələk
1 yumurta
3 x.q. şəkər tozu
15 q kərə yağı
130 q kəsmik
80 q un
20 q narın suxarı
20 q kokos yonqarı

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə möhkəm çalın.
Çiyələkli Rafaello resepti - FOTO RESEPT


Yağı yumşaldın, kəsmiyi ələkdən keçirin, unu ələyin. Yumurta ilə şəkəri çala-çala kərə yağı, kəsmik, sonra da unu ardıcıllıqla əlavə edin. Yumşaq xəmir yoğurun.
Çiyələkli Rafaello resepti - FOTO RESEPT


Çiyələyi yuyun, saplağını təmizləyin, qurudun.
Çiyələkli Rafaello resepti - FOTO RESEPT


Xəmirdən xırda hissələr qopararaq yayın, ortasına bütöv çiyələk qoyun.
Çiyələkli Rafaello resepti - FOTO RESEPT


Kənarlarını qatlayıb kürə halına salın. Çox böyük olmasınlar. Bunları qaynayan suya salın, üzə çıxandan sonra 3 dəqiqə bişirin. Kəfkirlə çıxarın. Bir qədər soyudun.
Çiyələkli Rafaello resepti - FOTO RESEPT


Hər bir kürəni narın suxarıya, sonra isə kokos yonqarına batırın. Soyuducuda bir neçə saat saxlayın.
Çiyələkli Rafaello resepti - FOTO RESEPT


(Çiyələk əvəzinə başqa giləmeyvə: böyürtkən, moruq və s. götürmək olar. Giləmeyvələr turşdursa, şəkər tozunu bir qədər artıq götürün).
Çiyələkli Rafaello resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, sonra, kokos, qədər, narın, salın, çiyələk, kəsmik, çıxarın, Kəfkirlə, kürəni, suxarıya, bişirin, soyudun, Bunları, böyük, halına, olmasınlar, yonqarına, çıxandan
BİZİ İZLƏYİN