• Almalı madlen resepti

Reseptin məlumatları Baxış sayı: 11 957

Tarix : 16-12-2016, 12:30

Bölmə : Peçenye reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 q un
1 ç. q. qabartma tozu
1 ç. q. darçın
100 q yumşaq kərə yağı
125 q şəkər tozu
2 yumurta
120 q alma püresi

Hazırlanması:
İç: 1,5-2 almanın cecəyini çıxarıb sobada yumşalınca bişirin. Soyudun.

Yağı çalın, şəkər tozu əlavə edib bir daha çalın.

Yumurtaları bir-bir əlavə edin, hər birindən sonra yaxşıca çalın.

Qaşıqla almanın lətini qabığından ayırın, xəmirə qatın. Əgər alma yaxşı bişib yumşalmayıbsa, blenderdə xırdalayın.

Un, darçın və qabartma tozu əlavə edib xəmir yoğurun.

Formaları bitki yağıyla yağlayın. Xəmiri içinə paylaşdırın (ağzınadək doldurmayın).

Əvvəlcədən 160-180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Sobadan çıxarandan sonra 5-7 dəqiqə formalarda soyudun, sonra formadan çıxarın.

Nuş olsun!
Etiketlər: sonra, çalın, əlavə, bişirin, dəqiqə, şəkər, darçın, sobada, qabartma, almanın, Formaları, yoğurun, paylaşdırın, içinə, yağlayın, ağzınadək, bitki, yağıyla, Xəmiri, dərəcə
BİZİ İZLƏYİN