• Messinin sevimli peçenyeləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 768

Tarix : 5-11-2016, 22:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
xəmir:
1 limon
255 q kərə yağı
400 q qarğıdalı unu
150 q buğda unu
1,5 ç.q. qabartma tozu
50 ml qızılı rom
230 q şəkər tozu
1 x.q. vanilli şəkər
1 ç.q. soda
3 çimdik dəniz duzu
2 yumurta + 2 yumurtanın sarısı

iç:
100 q araxis
1,5 banka bişmiş qatılaşdırılmış süd (orijinalda Dulce de leche)
100 q kokos yonqarı

Hazırlanması:
Xəmir üçün olan quru ərzağı - hər iki növ unu, duzu, sodanı, qabartma tozunu qarışdırın.

Yumşaldılmış yağı şəkər tozu və vanillə həcmli, açıq rəngli krem alınanadək çalın.

Limon qabığını sürtgəcin xırda gözündən keçirin (ağ hissəsini olmaz).

Yumurtalarla yumurta sarılarını bir-bir əlavə edin, hər birindən sonra yaxşıca çalın.

Rom əlavə edib çalın.

Quru ərzağı əlavə edin. Əlüstü xəmir yoğurun (çox yoğurmaq lazım deyil, yoxsa peçenye bərk olar).

Xəmir çox yumşaq, ovuntuq kimi və ələ yapışmayan olur.

İki kündəyə ayırıb qida plyonkasına bükün. Yastılayın. Soyuducuda 1 saat saxlayın.

Bu müddətdə araxisi sobada qovurun. Qabığını təmizləyib bıçaqla xırdalayın.

Xəmirin bir kündəsini çıxarıb azacıq un səpilmiş masada 0,4-0,5 sm qalınlıqda yayın. Formalarla dairə kəsin.

Siniyə düzün. Dairələrin yarısının ortasını fiqurlu kəsib çıxara da bilərsiniz (orijinalda bu yoxdur, amma gözəl görünür).

175 dərəcə qızdırılmış sobada 15 dəqiqə, azacıq qızılı rəng alanadək bişirin. Şəbəkənin üzərində soyudun.

Digər kündəni də eyni qaydada hazırlayıb bişirin.

Bir peçenyenin üzərinə 1 qəhvə qaşığı bişmiş qatılaşdırılmış süd çəkib ikinci peçenyeni üzərinə qoyun, azca basın ki, iç kənarından çıxsın. Sonra bu kənarları kokos yonqarı və araxis qarışığına batırın.

Messinin sevimli peçenyeləri resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: çalın, şəkər, əlavə, orijinalda, qatılaşdırılmış, xəmir, yonqarı, bişmiş, Xəmir, üzərinə, ərzağı, araxis, bişirin, kokos, qabartma, qızılı, sobada, azacıq, yumurta, ortasını
BİZİ İZLƏYİN