• Amaretti peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 25 204

Tarix : 28-07-2014, 02:52

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2,3 st. badam
0,6 st. şəkər tozu
2 yumurtanın ağı
1/4 ç.q. duz
1/4 ç.q. vanil ekstraktı
0,5 ç.q. badam ekstraktı
15 gilənar

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın.

2 sinini yağlayıb perqament döşəyin.

15 ədəd badamı ayırın, qalanını şəkər tozunun yarısı ilə kombaynda xırdalayın.
Mikserdə yumurta ağlarını duzla möhkəm çalın, tədricən şəkər tozunun qalanını əlavə edin. Yaxşıca çalandan sonra badamlı qarışığı, vanil və badam ekstraktlarını əlavə edin.

Xəmirdən xırda kündələr tutun. Azca yastılayın, hər birinin ortasına ya gilənar, ya da bütöv badam basın.

25 dəqiqə, qızılı rəng alanadək bişirin. Bişdikdən sonra 5 dəqiqə formada soyudun, sonra isə qaba düzün.

Bu peçenyeni bir neçə gün soyuducuda, bir neçə həftə isə dondurucuda saxlamaq mümkündür. Soyuducuda saxladıqdan sonra süfrəyə verəndə sobada qızdırın.

Nuş olsun!
Etiketlər: badam, sonra, şəkər, qızdırın, tozunun, dəqiqə, gilənar, əlavə, vanil, ekstraktı, qalanını, qızılı, alanadək, Bişdikdən, bişirin, ortasına, yastılayın, tutun, birinin, formada
BİZİ İZLƏYİN