• Kəsmikli qat-qat peçenye resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 103

Tarix : 20-11-2016, 22:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
350 q yumşaq kəsmik
250 q yumşaldılmış kərə yağı
420-450 q un
1 ç.q. qabartma tozu
1 q vanil
100 q şəkər tozu (üzərinə)

Hazırlanması:
Kəsmiyi vanil və yağ qatıb çəngəllə əzin. Unu qabartma tozu ilə birlikdə ələyib qatın. Əvvəlcə unun 400 qramını qatın, lazım gələrsə, yenə əlavə edin (kəsmiyin yağlılığına görə unun miqdarı dəyişə bilər). Xəmir yumşaq, amma yapışmayan olmalıdır.

Hazır xəmiri soyuducuda ən az yarım saat saxlayın.

Azca un səpilmiş masada soyumuş xəmiri 5 mm qalınlıqda yayıb fiqurlar kəsin. 5 mm-dən nazik yaymayın, yoxsa qat-qat effekti itəcək.

Nəlbəkiyə şəkər tozu tökün. Peçenyelərin bir üzünü şəkər tozuna batırıb perqament döşənmiş siniyə düzün.

200 dərəcə qızdırılmış sobada azacıq qızılı rəng alanadək, təxminən 15-20 dəqiqə bişirin.

Kəsmikli qat-qat peçenye resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: şəkər, xəmiri, yumşaq, qatın, vanil, qabartma, effekti, itəcək, tökün, Peçenyelərin, üzünü, Nəlbəkiyə, yaymayın, fiqurlar, yayıb, kəsin, nazik, tozuna, yoxsa, döşənmiş
BİZİ İZLƏYİN