• Qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 29 746

Tarix : 27-11-2016, 14:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 yumurta;
200 qr şəkər tozu;
200 qr kərə yağı;
200 - 300 qr xırdalanmış qoz;
200 qr sarı kişmiş;
300 qr ələnmiş un;
1/2 ç.q. soda və ya qabartma tozu;
vanil

Hazırlanması:
1. Soba 200 C dərəcə qızdırılır.
2. Kərə yağı əridilir, soyudulur.
3. Yumurta və şəkər mikserlə yüksək həddə ağaranadək çalınır.
4. Sonra üzərinə xırda-xırda doğranmış qoz, yuyulmuş kişmiş, yağ, ələnmiş un, qabartma tozu, qatıb, qaşıqla qarışdırılır.
5. Soba 170 C dərəcəyədək azaldılır və kütlə diametri 24-26 sm formaya tökülüb sobaya qoyulur.
6. Yarım saat ərzində bişdikdən sonra çıxardıb, soyudulur.

Nuş olsun!
Etiketlər: qabartma, xırda, ələnmiş, soyudulur, şəkər, kişmiş, kütlə, diametri, azaldılır, dərəcəyədək, qaşıqla, qarışdırılır, formaya, sobaya, bişdikdən, sonra, çıxardıb, ərzində, Yarım, qoyulur
BİZİ İZLƏYİN