• Fıstıqlı peçenye resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 019

Tarix : 7-08-2014, 21:25

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (50 ədəd):
200 q kərə yağı
180 q şəkər pudrası
1/4 ç.q. duz
320-350 q un
1 ç.q. vanilli şəkər
150 q fıstıq
Fıstıqlı peçenye resepti - FOTO RESEPT


Hazırlanması:
Kərə yağını şəkər pudrası və vanilli şəkərlə krem halına gələnədək çalın. Tədricən unu əlavə edib eynicinsli bərk xəmir yoğurun.
Fıstıqlı peçenye resepti - FOTO RESEPT


Xəmiri 2 yerə bölüb, hər birini 3-4 sm diametrli boru halına salın.
Fıstıqlı peçenye resepti - FOTO RESEPT


Fıstıqları xırdalayın. Boruları üzərində yuvarlayaraq hər tərəfinə fıstıq yapışmasına çalışın. Sonra xəmirləri qida plyonkasına bükün.
Fıstıqlı peçenye resepti - FOTO RESEPT


Dondurucuda 40 dəqiqə saxlayandan sonra çıxarın, plyonkanı açıb 5-7 mm enində dilimlərə doğrayın.
Perqament döşənmiş siniyə düzün.
Fıstıqlı peçenye resepti - FOTO RESEPT


180 dərəcə qızdırılmış sobada təxminən 10-15 dəqiqə, qıraqları qızılı rəng alanadək bişirin.
Çıxarıb soyudun.
Fıstıqlı peçenye resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, fıstıq, halına, vanilli, pudrası, döşənmiş, enində, dilimlərə, doğrayın, plyonkanı, Perqament, sonra, bükün, Dondurucuda, siniyə, saxlayandan, çıxarın, qızdırılmış, bişirin
BİZİ İZLƏYİN