• Qaşıq qurabiyəsi resepti

Reseptin məlumatları Baxış sayı: 56 327

Tarix : 26-05-2014, 13:39

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (25 ədəd):
2 su st. şəkər pudrası
250 q marqarin
3 yumurta
2 x.q. fındıq tozu
1 armudu st. damla şokolad
2 x.q. xırdalanmış qoz
yarım paket qabartma tozu
1 ç.q. vanil
3 su st. un

Üzərinə:
qoz

Hazırlanması:
Şəkər pudrası və otaq temperaturunda yumşaldılmış marqarini mikserlə çalın. Yumurta əlavə edib çalmağa davam edin. Fındıq tozu (yaxud rəndələnmiş fındıq), damla şokolad, xırdalanmış qoz, qabartma tozu, vanil və un əlavə edib yoğurun.

Dondurma qaşığı ilə xəmirdən kürələr hazırlayın, yağlanmış siniyə aralı-aralı düzün. Üzərinə qoz qoyun, əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: xırdalanmış, şokolad, qabartma, vanil, aralı, Üzərinə, damla, əlavə, pudrası, fındıq, hazırlayın, yağlanmış, şəkər, siniyə, kürələr, Dondurma, qaşığı, xəmirdən, düzün, əvvəlcədən
BİZİ İZLƏYİN