Tərkibi:- 125 qr kərə yağı (bərk)
- 125 qr pudra şəkəri
- 1 kiçik yumurta
- 200 qr un
- 50 qr incə çəkilmiş fındıq və ya badam
- 1 portağal qabığı rəndəsi
- yarım çay qaşığı vanil özü
- 1 çay qaşığı qabartma tozu
- Bəzəmək üçün müxtəlif rənglərdə şəkər xəmiri
Hazırlanması:Kərəyağını dolğrayın, mətbəx robotununa alın. Üzərinə pudra şəkərini, unu və badam ununu qoyun. Portağal qabığı rəndəsi, vanil və qabartma tozunu da əlavə edin. Robotu bir neçə dəqiqə işlədib vəsaitin qarışmasını təmin edin. Qum halına gəlmiş vəsaitə bir yumurtanı yüngülcə çırpıb əlavə edin. Təkrar robotu işlədin. Xəmir toplanmağa başlayacaq. Əgər hələ dağınıq dayanırsa qaba bir neçə qaşıq su və ya portağal suyu əlavə edə bilərsiniz.
Toplanan xəmiri soyuducuya qoyun, 30 dəqiqə istirahət etdirin. Dinləmiş xəmiri mətbəx dəzgahında oxlov ilə yüngülcə unlayaraq yarım santimetr qalınlığında açın. Dilədiyiniz peçenye qəlibləri ilə kəsin. Yağlı kağız sərilmiş soba qabına qoyun. Bütün xəmiri bu şəkildə etdikdən sonra 175 dərəcəyə isidilmiş sobada 10-15 dəqiqə üzəri qızarmadan bişirin.
Peçenyeləri sobadan alıb, soyumağa buraxın. Şəkər xəmirlərini nişasta köməyiylə oxlovdan istifadə edərək incə açın. Oxşar peçenye qəlibləri ilə kəsərək şəkilləndirin. Peçenyelərinizin üzərinə kiçik bir fırça köməyiylə çox islatmadan su çəkin və şəkər xəmiri üzərinə yapışdırın. Peçenyenizin üzərini şəkər xəmiriylə örtdükdən sonra xəyal gücünüzə bağlı olaraq bəzəməyə davam edin.
Nuş olsun!
Etiketlər: xəmiri, dəqiqə, əlavə, qoyun, şəkər, vanil, üzərinə, mətbəx, peçenye, qaşığı, sonra, yüngülcə, qabartma, köməyiylə, yarım, kiçik, qəlibləri, pudra, portağal, badam