• Qar dənəsi peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 15 046

Tarix : 29-12-2016, 22:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
¾ su stəkanı kərəyağı
1 su stəkanı əsmər şəkər
1 yumurta
¼ stəkan bəkməz
duz
2 su stəkanı un
2 çay qaşığı karbonat
1 yemək qaşığı zəncəfil
Pudra şəkəri
Yarım çay qaşığı darçın

Hazırlanması:
Əridilib soyudulmuş kərə yağı və əsmər şəkəri bir qaba mikserlə çırpın. Yumurta və bəkməz əlavə edin. Başqa bir qabda un, karbonat, duz, darçın və zəncəfil qarışdırın. Bu qarışığı yavaşca əlavə edin və yaxşıca qarışdırın. Xəmirin üzərini bağlayın və təxminən 2 saat istirahət etdirin. 3 mm qalınlığında açın. Qar dənəsi şəklində bir qəliblə kəsin. Yağlanmış soba qabına düzüb əvvəlcədən 190 dərəcədə isidilmiş sobada təxminən 10-12 dəqiqə bişirin. Soyuduqdan sonra üzərinə pudra şəkəri səpib xidmət edin.

Nuş olsun!
Etiketlər: qaşığı, stəkanı, şəkəri, zəncəfil, qarışdırın, əlavə, darçın, karbonat, bəkməz, təxminən, əsmər, düzüb, qalınlığında, qabına, dənəsi, əvvəlcədən, qəliblə, şəklində, kəsin, Yağlanmış
BİZİ İZLƏYİN