• Yeni il peçenyası resepti

Reseptin məlumatları Baxış sayı: 14 678

Tarix : 29-12-2017, 15:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
un 300q
qabartma tozu 1ç.q.
1 yumurta
darcın 2ç.q.
kərə yağı 100q
şəkər tozu 100q
bal - 3x.q.

Hazırlanması:
Un, qabartma tozu və darcını bir qabda qarışdırın. Ayrı bir qabda kərə yağı ilə şəkər tozunu mikserin vasitəsi ilə qarışım ağarana kimi çalın. Yumurta və balı yağlı qarışım ilə birləşdirib, yaxşıca qarışdırın. Unlu qarışımı əlavə edib, xəmiri yoğurmağa başlayın. Xəmiri yoğurduqdan sonra ən az 30 dəqiqə soyuducuda saxlayın. Zaman keçdikdən sonra xəmiri 5 mm qalınlığında yayıb, figurlar ilə peçenyalarınıza forma verin. Sobanızı 200 dərəcəyə qədər isidib, peçenyaları 5 dəqiqə ərzində bişirin.

Qlazur üçün:
100q şəkər pudrası ilə 1 yumurta ağını köpek halına gələnə kimi çalıb, üzərinə 1x.q. süd əlavə edin. Zövqunüzə görə qlazura qida boyaları əlavə edə bilərsiniz.
Peçenya soyuduqdan sonra üzərinə qlazur və qida bəzəkləri ilə bəzək verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, sonra, qabartma, üzərinə, dəqiqə, xəmiri, bilərsiniz, qarışım, yumurta, qabda, qarışdırın, dərəcəyə, Sobanızı, ağını, pudrası, isidib, Qlazur, ərzində, bişirin
BİZİ İZLƏYİN