• Şəkər pudralı şokoladlı peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 13 535

Tarix : 19-12-2016, 20:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Kərə yağı 100q
Tünd şokolad 180q
Un 1/2 stəkan
Qabartma tozu 3/4 ç.q.
Şəkər tozu 1/2 stəkan
Yumurta 2 ədəd
Şəkər pudrası 5 x.q.

Hazırlanması:
Şokolad və soyuq kərə yağını kiçik hissələrə doğrayıb, istiyə dayanıqlı bir kasaya qoyun. Balaca qazanda su qaynadın, və kasanı qazanın üstünə yerləşdirin. Kasa qaynayan suya dəyməməlidir. Kasadakı ərzaqları qarışdıra qarışdıra əridin. Yumurtaları şəkər tozu ilə bir qabda birləşdirib, mikserin vastisə ilə 3-5 dəqiqə çalın. Şokoladlı qarışımı soyuyandan sonra yumurtalı qarlşım ilə birləşdirib, qarışdırın. Un və qabartma tozunu birləşdirib, qarışdırın. Daha sonra unu şokoladlı-yumurtalı qarışıma əlavə edin. Alınan xəmiri 2 saat ərzində soyuducuda saxlayın. Xəmir soyuducuda bərkiyəndən sonra, ondan kiçik toplar formalaşdırın. Hər bir topu şəkər pudrasında batırıb, listin üzərinə düzürk. Sobanızı 180 dərəcəyə qədər isidib, 20 dəqiqə ərzində peçenyalarınızı bişirin.

Nuş olsun!
Etiketlər: sonra, birləşdirib, soyuducuda, şəkər, qarışdıra, ərzində, qarışdırın, kiçik, Şəkər, stəkan, yumurtalı, dəqiqə, Alınan, xəmiri, əlavə, şokoladlı, qabartma, tozunu, qarlşım, qarışıma
BİZİ İZLƏYİN