• Darçınlı - şokoladlı peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 18 448

Tarix : 29-09-2017, 18:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Un 150q
Yumurta 1 ədəd Kərə yağı 125q
Şəkər tozu 150q
Yulaf yarması 75q
Şokolad 200q
Darçın 2 ç.q.
Vanil 10q

Hazırlanması:
Yumşaq kərə yağı, şəkər tozu və yumurtanı mikserin vasitəsi ilə çalırıq. Üzərinə un, darçın, yulaf yarması və vanil əlavə edirik. Şokoladı xırda-xırda doğrayıb, hazırladığımız qarışıma əlavə edib, xəmiri yoğurmağa başlayırıq. Xəmirdən kiçik toplar(təxmini 20qrammlıq) formalaşdırırq. Hazırladığımız topları listin üzərinə düzürük. Peçenyeni 180 dərəcəyədək qızdırılmış sobada 15 dəqiqə ərzində bişirə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, yarması, xırda, 20qrammlıq, formalaşdırırq, Hazırladığımız, başlayırıq, təxmini, kiçik, topları, toplar, Xəmirdən, üzərinə, dəqiqə, ərzində, bişirə, bilərsiniz, sobada, qızdırılmış, yoğurmağa
BİZİ İZLƏYİN