• Şəkər çörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 16 541

Tarix : 20-12-2016, 22:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Un 530q
Əridilmiş kərı yağı 260q
Şəkər pudrası 300q
Yumurta 1 ədəd
Vanilin 10q

Hazırlanması:
Əridilmiş kərə yağını şəkər pudrası ilə birləşdirib, mikserin vasitəsə ilə yüksək sürətdə təxmini 10 dəqiqə çalırıq. Yumurtanın ağını sarısından ayırıb, yağlı qarışıma əlavə edib, (əlavə 10 dəqiqə) çalmağa davam edirik. Un və vanilini qarışıma əlavə edib, xəmiri yoğurmağa başlayırıq. Xəmir qum kimi alınır. Hazır xəmirdən 60-70qrammlıq toplar formalaşdırırıq. Topların yuxarı hissəsinə yumurtanın sarısını yaxırıq. Hazırladığımız topları listin üzərinə düzüb, 180 dərəcəyə qədər isidilmış sobaya qoyub, şəkər çörəklərimizi 30 dəqiqə ərzində bişiririk.

Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, şəkər, qarışıma, Əridilmiş, pudrası, sarısını, yumurtanın, hissəsinə, formalaşdırırıq, 70qrammlıq, xəmirdən, toplar, yaxırıq, Topların, yuxarı, listin, qoyub, sobaya, çörəklərimizi
BİZİ İZLƏYİN