• Sable peçenyası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 121

Tarix : 21-12-2016, 17:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Yumurta - 3 ədəd
Kərə yağı - 220q
Şəkər tozu - 4 x.q.
Kakao tozu - 1 x.q.
Un - 270 q

Hazırlanması:
İlk öncə yumurtaları suda qaynadırıq. Bişmiş yumurtanın sarısını ağından ayırırıq. Bu reseptdə bizə ancaq yumurtanın sarısı lazım olacaq. Yumurtanın sarısını hərtərəfli əzirik. Yumşaq kərə yağı, şəkər tozu və əzilmiş yumurtanın sarısını birləşdirib, mikserin vasitəsi ilə 3-4 dəqiqə ərzində çalırıq. Hazırladığınız kütləni iki bərabər miqdarda hissələrə ayırıb, iki ayrı qaba yerləşdirin. Xəmir olan qabların birinə 130q un və kakao tozunu əlavə edib, yaxçıca qarışdırırıq. İkinci qabdaki xəmirə unun qalan hissəsini əlavə edib, kütəni qarışdırın. Alınan xəmirin hər iki hissəsini düzbucaq şəklində yayırıq. Ağ xəmirin üstünə kakolu xəmiri qoyub, alınan düzbucağı 40 dəqiqəlik soyuducuya qoyuruq. Souducudan xəmiri çıxarıb, onu 4 bərabər hissələrə bölürük. Hər bir hissəni digərin üzərinə şəkildə göstərildiyi kimi yerləşdiririk. Nəticədə 2 eyni xəmir parşası alınır. Hər iki parçanı şəkildə göstərildiyi kimi doğrayıb, peşenyalarımıza forma veririk. Peçenye 180 dərəcəyə qədər isidilmiş sobada 10 dəqiqə ərzində bişirilir.

Sable peçenyası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yumurtanın, sarısını, hissələrə, göstərildiyi, şəkildə, ərzində, dəqiqə, bərabər, əlavə, xəmiri, xəmirin, hissəsini, düzbucaq, şəklində, qoyuruq, Souducudan, Alınan, yayırıq, soyuducuya, çıxarıb
BİZİ İZLƏYİN