• Fransızsayağı şirin boruqlar (truboçka) resepti

Reseptin məlumatları Baxış sayı: 15 301

Tarix : 21-02-2017, 19:30

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Qat - qat xəmiri 400q
Kərə yağı 100q
Yumurta 1 ədəd(+əlavə 1 ədəd yumurtanın sarısı)
Qaymaq(30-35% yağlı) 200ml
Şəkər tozu 3 x.q.

Hazırlanması:
İlk öncə qat-qat xəmiri 2-3mm qalınlığında oxlov ilə yayın. Daha sonra xəmirdən biçaq ilə "zolaqlar" kəsin. Boruqların hazırlanmasında əsas rolu xəmiri üzərinə bağlayacağımız konuslar oynayır. Bu konusları adi kağız və stepler vastisəi ilə düzəltmək olar. Kəsdiyimiz xəmir zolaqlarını konusa fotoda göstərildiyi kimi bürürük.
1 ədəd yumurtanın sarısını çalıb, xəmirin üzərinə fırça ilə yaxın.
Sobanızı 180 dərəcəyə qədər isidib, 20-25 dəqiqə ərzində boruqları bişirin. Bişmiş boruqların tam soyumasını gözləyin. Daha sonra boruqları ehmalca konuslardan çıxardın.
Boruqların içliyi üçün krem hazırlayaq. Bunun üçün yumurtanı şəkər tozu ilə birləşdirib, mikser vasitəsi ilə çalın. Başqa bir qabda yumşaq kərə yağını mikser vasitəsi ilə yağ krem halına gələnə kimi çalın. Yumurtalı kütləni çaldığınız yağ ilə birləşdirib, üzərinə qaymaq əlavə edin. Bütün bu kütləni mikser vasitəsi ilə 3-4 dəqiqə ərzində çalmağa davam edin.
Hazırladığınız kremi qənnadi-şpris və ya qaşıq ilə boruqların içinən yerləşdirin. Fransızsayağı şirin boruqlarımız hazırdır!
Zövqünüzə görə boruqların üzərinə şəkər pudrasını səpib, süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, xəmiri, mikser, vasitəsi, boruqların, dəqiqə, ərzində, birləşdirib, kütləni, çalın, Boruqların, şəkər, boruqları, əlavə, sonra, yumurtanın, halına, yağını, yumşaq, gələnə
BİZİ İZLƏYİN