Tərkibi:xəmir üçün:3stakan un
150qr kərə yağı
1ədət yumurta
1 çay qaşığı soda(çox dolu olmasın)
bərəkət üçün 1cimdik duz
1stakan az yağlı smetan ( 12 - 15% )
İçlik üçün:qoz 1stakan
şəkər tozu 1stakandan 2barmaq az
hil yaxud vanil
və üstünə səpmək üçün şəkər kirşanı
Hazırlanması:İlk öncə mən smetan haqqında məlumat vermək istəyirəm.Mütəkkə bizim milli şirniyyat növümüzdür və çox qədim tarixi var.Bəs onda niyə tərifdə smetan istifadə olunur?Bildiyimiz kimi smetan slavyan xalqlarının qida ərzağıdır. Əslində bu tərifdə nənələrimiz qaymaq yaxud da qatıqdan istifadə edirdilər.Lakin qaymaq nisbətən bahalı ərzaqdır,hər ailə onu almak imkanına malık deyil.Həm,düzünü desək,çox yağlıdır,məsəslən mən seçim qarşısında qalsam,qaymaq deyil,qatıqdan istifadə edərəm.
O ki qaldı qatığa,bu ərzaq isə su verir,bu isə şirniyyat üçün zərərlidir.Yəni qatıq daha sulu olduğu üçün, məcburən xəmirə daha çox un qoyulur,nəticədə qurabiyyələr quru alınır.
Smetan isə bu ərzaqlara nisbətən ən əlverişlisidır.Nə qaymaq kimi bahalı və yağlı deyil,nə qatıq kimi sulu deyil,hər zaman dükkanlarda tapılır,ucuzdur,qatıq və qaymağa nisbətən daha uzunömürlüdür,yəni tez qıcqırmır,acımır)).
Ümumiyyətlə,bizim süfrəmizə bir çox yadelli millətlərin qida ərzaqları gəlibdir - sosisqa,kolbasa,hisə verilmiş balıq,holland və başqa müxtəlif cür pendir çeşidləri və s. və s. Bu qaçılmaz bir haldır,bütün dünya mətbəxləri bir-birylə təmas edərək zənginləşir!
Və beləliklə qayıdırık smetana))) Əgər əlinizin altında smetan yoxdursa,qatığı tənzifə töküb,10-20 dəqiqə saxlayın,suyu getsin,sonra o qatığı istifadə edə bilərsiz.Mənim nənəm həmişə belə edərdi.Qürbəttə yaşayan oxucular isə əgər smetan tapmasalar,rahat-rahat bu tərifdə krem-freş (crème fraîche) istifadə edə bilərlər,bunlar tamamilə eyni ərzaqlardı.Krem-freş xarici ölkələrdə bütün ərzaq dükanlarında satılır.
Və nəhayət keçirik tərifə))) Əvvəlcə unu geniş bir qabın içinə ələmək lazımdır.
Bərəkət üçün bir cimdik duz
Soyuq kərə yağını (yağ yumşaq olsa,canına çox un çəkəcək və nəticədə bişən qurabiyələr quru alınacak) unun içinə orta ölçüdə küp-küp doğrayın.
İti bıçaxla yağı "döyün" və una "yedizdirin".Bir az vaxt aparacak,çünki yağ bərkdir.Mən belə edirəm : əvvəlcə bıçaqla başlayıram parçalamaya,sonra,yağ bir az xırdalananda isə barmaqlarımın ucu ilə yağı una yedizdirirəm.Diqqətli olun ki,yağ çox da yumuşalmasın,belə olduğu halda qabı qısa müddətə dondurucuya qoyun ki,yağ bərkisin.Sonra çıxardıb, işinizə davam edin.
Əgər mətbəx parçalayan cihazınız varsa (məsələn Rondo və s.). asanlıqla bu işi cihazın içində edə bilərsiz:əvvəlcə parçalıyıcının kasasına unu tökün,üstündən yağ küplərini qoyun və cihazın düyməsinə bir neçə dəfə qısa zamanlarlarla basın.
Nəticə bax belə olmalıdır : unla əhatə olmuş çoox xırda yağ topları,sanki dəniz sahilindəki nəmli gum kimi.Əgər yağ əlinizin istisinə çox yumuşalıbsa,gısa müddətə dondurucuya göndərin.İsti yay zamanlarda mən belə edirəm.
İndi isə unun ortasında bir çuxur açın və oraya yumurtanı çırpın.
Smetana sodanı əlavə edib garışdırın.Smetan gıcgırıb köpəcək.
Smetanı da əlavə edin una
Bıçagla garışdırın,əvvəlcə daiərvi hərəkətlərlə,sonra aşağıdan yuxarı.
Elə ki gördüz ərzaglar bir-birinə garışdı və iri toplar halına döndü,onda bıçağı kənara goyub,əlinizlə xəmiri toplayın.
Məhz toplayın,bu xəmiri əsla və əsla yoğurmag olmaz!
Yığılan xəmiri iki əlinizlə 2-3 dəfə hər tərəfli bərk sıxın və beləliklə top halına gətirin.
Gabın üstünü örtüb 1 saat soyuducuda saxlayın.
Ona gədər içlik hazırlayag.Bunun üçün gozu parçalayıcı cihazda xırdalıyın.Lakin diggət edin,çox un kimi narın olmasın.Gozu bıçaxla da xırdalamag olar və yaxud ət maşınından keçirmək.
Xırdalanmış gozu şəkər tozuyla garışdırmak,ağız dadınıza görə hil yaxud vanil əlavə edin(əslində azərbaycan şirniyyatlarına vanil vurulmur,bu ədva son illərdə Avropadan gələn bir dəbdir).Beləliklə içlik hazırdır.
Yaxşı soyumuş xəmiri 4-5kündəyə bölmək.Kündənin birini saxlamag,o biriləri soyuducuya goymak ki,yumuşalmasın.Masanı yüngülcə unlayarag,kündəni nazik açmag.
İri yumru bir gab götürüb,xəmirin üstünə goyun və gabın kənarları ilə xəmiri kəsin.Mən iri gazan gapağı istifadə etdim.Gapağı bərk xəmirə basdım.
Gördüyünüz kimi xəmirdə gapağın gıraglarının izi galdı,bu izin üstündən bıçagla keçdim.
Yumru səligəli dairə alındı.Dairəni ortadan 4yerə böldüm.
Beləliklə 4 üçkünc alındı.Hər üçküncün geniş kənarına içlik goydum və mütəkkə şəklində bükdüm.
Çalışın gurabiyələriniz eyni ölçüdə olsun,onları səligə ilə və səbr göstərərək bükün.
Gurabiyələrin hamısını büküb yığırıg sobanın gabına və öncədən 180 dərəcəliyə gədər isidilmiş sobada bişiririk.Sobanız lazım olan istiliyə çatmamış,gurabiyələri bişirməyin,xəmirin içindəki yağ əriyər və pis günə düşər,əziyətiniz hədər gedər.
Bişən gurabiyələrin bir az ilınmasını gözləyin,sonra üstünə şəkər kirşanı səpin.
Nuş olsun!
Etiketlər: smetan, istifadə, xəmiri, deyil, sonra, yaxud, şəkər, qaymaq, içlik, vanil, nisbətən, tərifdə, əlavə, əvvəlcə, üstünə, qatıq, Smetan, ölçüdə, yumuşalmasın, əlinizlə