• Kiflik resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 618

Tarix : 11-01-2017, 12:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q un
250 q soyuq kərə yağı
150 ml xama
vanilli şəkər pudrası (üzərinə)

iç:
istənilən qatı mürəbbə

Hazırlanması:
Unu ələyib xırda doğranmış yağla ovun. Xama qatıb yumşaq xəmir yoğurun. Əgər xəmir bərk alınıbsa, bir qədər də xama qatıb yumşaldın.

Qida plyonkasına büküb soyuducuda 1 saat saxlayın (1 gecə saxlayanda daha yaxşı olur).

Əgər xəmir soyuducuda həddən artıq bərkiyibsə, otaq temperaturunda 30 dəqiqə saxlayın.

3-4 yerə bölün.

Un səpilmiş masada 3 mm qalınlıqda düzbucaqlı yayın.

7x7 sm ölçüdə kvadratlara kəsin. Ortasına mürəbbə qoyub boru kimi bükün, kənarlarını bitişdirə də bilərsiniz. Sonra ortasına bir barmağınızı qoyub iki kənarından azca qabağa basın.

200 dərəcə qızdırılmış sobada 15-25 dəqiqə bişirin.

Vanilli-şəkərli pudraya batırın.

Kiflik resepti - FOTO RESEPT

Kiflik resepti - FOTO RESEPT

Kiflik resepti - FOTO RESEPT

Kiflik resepti - FOTO RESEPT

Kiflik resepti - FOTO RESEPT

Kiflik resepti - FOTO RESEPT

Kiflik resepti - FOTO RESEPT

Kiflik resepti - FOTO RESEPT

Kiflik resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: xəmir, qatıb, soyuducuda, saxlayın, qoyub, mürəbbə, dəqiqə, kənarlarını, bükün, bitişdirə, bilərsiniz, Sonra, vanilli, Ortasına, yayın, ölçüdə, kvadratlara, kəsin, ortasına, barmağınızı
BİZİ İZLƏYİN