• Brauni peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 15 258

Tarix : 21-02-2017, 16:30

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Əridilmiş yağ 6 x.q
Qəhvəyi şəkər tozu
3/4 stəkan
Yumurta 1 ədəd
Vanil 1 ç.q
Un 3/4 stəkan
Duz 1/4 ç.q
Qabartma tozu 1/2 ç.q
Kakao 1/4 stəkan

Hazırlanması:
1. İri qabda yağı və şəkər tozunu qarışdırın. Sonra yumurtanı və vanili əlavə edib qarışdırmağa davam edin.

2.Digər qabda un, duz, qabartma tozu və kakaonu qatın. Yaxşıca qarışdırın. Quru ərzaqlara sulu ərzaqları əlavə edin və qarışdırın. Bu hazırlama prosesinin kulminasiyasıdır. Xəmiri burada yeməyə başlasanız masaya heç nə çıxara bilməyəcəksiniz!! Odur ki, dadlna belə baxmayın.

3.Qaşıq vasitəsi ilə xəmirdən xırda kündələr düzəldib bişirmə kağızı ilə sərilən soba listinə qoyun. Diqqətli olun xəmir şişir. 180 dərəcə qızdırılmış sobada 5-7 dəq bişirin.

4.Hazır peçenyeni soyudun və zövqə görə üzərinə şəkər kirşanı töküb çay, qəhvə və ya süd ilə servis edin.

P.S bu peçenye xəmiri çizkeyk üçün əla əsas ola bilər.

Nuş olsun!
Etiketlər: qarışdırın, şəkər, stəkan, qabda, əlavə, listinə, qoyun, xəmir, dərəcə, şişir, sərilən, Diqqətli, bişirmə, xəmirdən, vasitəsi, xırda, kündələr, qızdırılmış, düzəldib, kağızı
BİZİ İZLƏYİN