• Qozlu mütəkkə resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 59 632

Tarix : 28-10-2014, 11:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

1 kq un
500 q yağ
5 yumurtanın sarısı
250 q xama

İç üçün:
1 kq qovrulub təmizlənmiş qoz
1 kq şəkər tozu
hil

Hazırlanması:
Əvvəlcə içi hazırlayın:
qozu qozçəkən maşından keçirib şəkər tozu və hillə qarışdırın.

Xəmirin ərzaqlarını qarışdırıb yoğurun. 300 qramlıq kündələr tutun. Çox nazik yayın. Lavaşı 8 yerə bölün (üçbucaq hissələr alınmalıdır). Hər üçbucağın enli hissəsinə iç qoyub boru kimi bükün.
Qozlu mütəkkə resepti - FOTO RESEPT

Qozlu mütəkkə resepti - FOTO RESEPT


200 dərəcə qızdırılmış sobada bişirin.

Süfrəyə verərkən üzərinə şəkər pudrası çəkin.

Nuş olsun!
Etiketlər: şəkər, alınmalıdır, üçbucağın, hissəsinə, qoyub, hissələr, yayın, Lavaşı, bölün, üçbucaq, bükün, qızdırılmış, üzərinə, pudrası, çəkin, olsun, verərkən, Süfrəyə, nazik, sobada
BİZİ İZLƏYİN