• Şokoladlı-jeleli peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 19 065

Tarix : 16-08-2014, 00:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta
80 q şəkər pudrası
75 q un
1 qutu jele
180 q tünd şokolad
20 q kərə yağı

Hazırlanması:
Yumurta ağlarını 1 çimdik duzla möhkəm çalın.

Tədricən şəkər pudrasını səpərək 3 dəqiqə çalın.

Bir-bir yumurta sarılarını əlavə edib çalın.

Ələnmiş un əlavə edib aşağı sürətdə qarışdırın.

Perqament döşənmiş siniyə aralarında 2-3 sm yer saxlamaqla xəmirdən qaşıqla götürüb dairələr qoyun.

180 dərəcə qızdırılmış sobada 8-9 dəqiqə, peçenyelər saralınca bişirin.

Jeleni qablaşdırmada göstərilən qaydada əridin, ancaq suyun qədərini 100 ml az götürün. Enli qaba (məsələn, 30x20 sm) töküb bərkiməsini gözləyin.

Jele donduqdan sonra peçenyelərdən bir qədər balaca olmaqla dairələr kəsin.

Jeleləri peçenyelərin üzərinə düzüb soyuqda yarım saat saxlayın.

Şokoladla yağı su hamamında əridin, bir qədər soyudub qarışdırın.

Peçenyelərin jeleli tərəflərini şokolada batırın, artıq şokoladın süzülməsini gözləyin, şəbəkənin üstünə düzün. 15 dəqiqə otaq temperaturunda quruyandan sonra soyuducuda 2 saat saxlayın.

Nuş olsun!
Etiketlər: çalın, dəqiqə, qarışdırın, əlavə, dairələr, gözləyin, saxlayın, qədər, sonra, əridin, şəkər, yumurta, peçenyelərin, Jeleləri, üzərinə, düzüb, yarım, soyuqda, kəsin, balaca
BİZİ İZLƏYİN