• Landoşe peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 3 806

Tarix : 12-04-2017, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Husniyya


Tərkibi:
250 qr kərə yağı
4-5yumurta (kiçik yumurta olarsa 5 böyük olarsa 4 ədəd)
2st pudra şəkəri
3-4 st un ( əgər əl ilə şəkil verilərsə 4st un ,sıxma torbasıyla şəkil verilərsə 3 st )
1paket vanil
1-2 qr sarı qida boyası

Bəzək üçün:
Şokolad
Kokos
Istənilən meyvə cemi

Hazırlanması:
Kərə yağını krem kimi olanadək mikserlə çırpırıq ,pudra şəkərini hissə-hissə əlavə edirik ,sonra bir -bir yumurtaları əlavə edib çırpmağa davam edirik ,vanil və unu da əlavə edirik və xəmir hazırdı ,ya əlimizlə ya da sıxma torbasıyla yağlı kağız sərilmiş soba qabına yerləşirib 180'də rəngi azca dəyişənə qədər bişirib soyuduruq ( rəngi sarı qalmalıdı tündləşmədən götürmək lazımdı ) .peçenyelərin sayını cüt edirik və mümkün qədər eyni ölçüdə olmalarına diqqət edirik çünki soyuduqdan sonra aralarına cem sürüb üst-üstə yapışdırırıq,daha sonra birləşdirdiyimiz peçenyelərin bir ucunu əvvəlcə benmari üsulu ilə əritdiyimiz şokolada daha sonra kokosa batırıb setkanın üzərinə düzürük və şokolad bərkiyəndən sonra peçenyelərimiz artıq hazırdı .

Qeyd: sarı qida boyasını daha effektiv və gözəl görünməsi üçün atdım siz onsuz da bişirə bilərsiz

Nuş olsun!
Etiketlər: sonra, əlavə, edirik, torbasıyla, hissə, rəngi, peçenyelərin, verilərsə, qədər, şəkil, olarsa, yapışdırırıq, sürüb, aralarına, birləşdirdiyimiz, ucunu, üsulu, benmari, əvvəlcə, kiçik
BİZİ İZLƏYİN