• Sovet dövründən qalan bişirmə qabında qurabiyələr resepti

Reseptin məlumatları Baxış sayı: 4 452

Tarix : 13-04-2017, 17:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Husniyya


Tərkibi:
200 qr kərə yağı
1/2 st mayonez
1/2 st xama
2 yumurta
1 st şəkər tozu
1/2 ç.q limon suyu
1/2 ç.q soda
Duz
3 st un

Hazırlanması:
Yağla şəkər tozunu yaxşıca qarışdırıb üzərinə xama və mayonezi töküb qarışdırırıq ,sonra yumurtaları əlavə edirik,sodanı limon suyunda söndürüb əlavə edib sonda da duz və unu töküb qarışdırırıq, yumşaq yapışqan xəmir alınır ( əllə forma vermək olmur ) , çaq qaşığı ilə formalara qoyub qazın üstündə hər tərəfini çevirə-çevirə bir neçə dəqiqə bişiririk və hazırdı :) nuş olsun ! Bu forma hamıda olmaya bilər ona görə də sadəcə yağlı kağızın üzərinə çay qaşığıyla qoyub sobada bişirə bilərsiz bu resepti dadı fərqli olur yoxlamağa dəyər.

Nuş olsun!
Etiketlər: forma, töküb, əlavə, qoyub, çevirə, üzərinə, limon, şəkər, qazın, olsun, hamıda, hazırdı, bişiririk, üstündə, olmaya, dəqiqə, tərəfini, kağızın, resepti, fərqli
BİZİ İZLƏYİN