• Cemli qurabiyələr resepti

Reseptin məlumatları Baxış sayı: 6 295

Tarix : 15-04-2017, 17:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Husniyya


Tərkibi:
100qr kərə yağı
1/4 st şəkər tozu
1 yumurta ağı
1,5-2 st un
azca vanil
Cem
Fındıq və ya qoz ovuntusu

Hazırlanması:
Yumşalmış yağı şəkər tozuyla tam həll edənə kimi mikserlə qarışdırırıq,üzərinə yumurta ağını əlavə edib qarışdırmağa davam edirik.Sonda vanil və unu əlavə edirik, unu miksersiz ( plastik qaşıq və ya spatulayla) qarışma yediririk. Əlimizlə qoz ölçüsündə toplar düzəldib fındıq ovuntusunda bulayıb listə yığırıq. Topların ortasından barmağımızla basıb oyuq edirik (cem üçün) . 175' də təxminən 15-30 dəq bişiririk,sobadan asılıdı , baxın ki, qurabiyələr rəngi ağ qalmalıdı,saralmadan götürün. Soyudub oyuqlara cem yerləşdirin və hazırdı. 12 qurabiyə alınır bu ölçülərlə.

Nuş olsun!
Etiketlər: edirik, şəkər, əlavə, vanil, yumurta, sobadan, bişiririk, baxın, təxminən, asılıdı, barmağımızla, yığırıq, listə, Topların, ortasından, qurabiyələr, basıb, qalmalıdı, hazırdı, qurabiyə
BİZİ İZLƏYİN