• Un qurabiyələri resepti

Reseptin məlumatları Baxış sayı: 7 284

Tarix : 18-04-2017, 16:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Husniyya


Tərkibi:
100 qr kərə yağı
2 dolu qaşıq pudra şəkəri
1/2 st qarğıdalı nişastası
Azca vanil
Un ( 3/4 st )

Hazırlanması:
Kərə yağını biraz yumşaq vəziyyətdə pudra şəkəri və nişastayla qarışdırırıq, üzərinə unu az-az əlavə edirik,təxminən 3/4 st ilə 1 st arası un lazım olur. Ələ yapışmayan xəmir əldə edənədək un əlavə edib qarışdırırıq. Xəmiri uzun formaya salıb , ortasından çəngəllə basaraq keçərək forma veririk və bıçaqla şəkildəki kimi kəsirik və öncədən qızdırılmış sobada 175'də təxminən 30-45 dəq bişiririk,rəngi ağ qalmalıdı. Təxminən 12 ədəd qurabiyə alınır.

Nuş olsun!
Etiketlər: təxminən, əlavə, qarışdırırıq, şəkəri, pudra, kəsirik, şəkildəki, bıçaqla, forma, çəngəllə, basaraq, keçərək, veririk, öncədən, qalmalıdı, Təxminən, qurabiyə, rəngi, bişiririk, ortasından
BİZİ İZLƏYİN