• Kakaolu peçenyə resepti

Reseptin məlumatları Baxış sayı: 8 804

Tarix : 22-04-2017, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
125 qram Kərəyağı (otaq temp)
1 çay st. pudra şəkəri
1 çay st duru yağ
1 paket vanil
1 paket qabartma tozu
3 yemek q. kakao
3 su st un
1 yumurta

Şərbəti üçün:
1 su st. su
1 su st.- dan biraz az şəkər
4-5 damla limon suyu

Hazırlanması:
Ilk öncə şərbətimizi hazırlayaq.Bunun üçün balaca qazana su+şəkər+limon suyu əlavə edək və qaynamağa başladıqda 6 dəq sonra qazanı qazdan götürək soyuması üçün kənara qoyaq.
Peçenyə üçün bütün inqredientləri bir qabda yoğuraq ələ yapışmayan yumşaq bir xəmir əldə edəciyik.
Bişirmə kağızı üzərinə xəmirimizdə top şəkllində parçalar ayırırıq qaba düzürük. 200 dərəcə sobada 15-20 dəq bişirək. Təbii ki sobamızı öncədən qızdırırıq.
Növbəti mərhələdə sobadan çıxardığımız peçenyələrimizi elə soba qabında olanda ustünə qaşıqla şerbeti tökürük.
(Şərbət ölçüsün arzuya görə töke bilərsiz).Üzərini istədiyiniz kimi bəziyə bilərsiz mən hindistan qozu istifadə elədim.

Nuş olsun!
Etiketlər: şəkər, paket, limon, Təbii, sobamızı, öncədən, Növbəti, çıxardığımız, sobadan, mərhələdə, qızdırırıq, bişirək, şəkllində, xəmirimizdə, üzərinə, parçalar, ayırırıq, sobada, dərəcə, düzürük
BİZİ İZLƏYİN