• Quş yuvası peçenyası resepti

Reseptin məlumatları Baxış sayı: 4 494

Tarix : 27-04-2017, 16:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ülviyyə


Tərkibi:
1 ədəd yumurta,
1 st pudra şəkəri,
yarım st nişasta,
1 x.q. kakao,
125 qr kərə yağı(marqarin də ola bilər),
1 paket vanil,
2-3 st un (apardığı qədər)

Üzəri üçün:
Şokolad yağı,
“Marsmallow” şəkəri

Hazırlanması:
Xəmir üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, yumşaq xəmir yoğururuq və özünü tutması üçün 15 dəqiqə soyuducuda saxlayırıq.

*Qeyd. Bütün ərzaqlar otaq temperaturunda olmalıdır.

Xəmir hazır olduqdan sonra qoz böyüklüyündə kündələr tuturuq. Əlnən işlədilən ət çəkən və ya digər buna bənzər məişət texnikasının köməyi ilə kündələri maşından keçirdirik. Yağlı kağız sərilmiş soba qabında çəkilmiş xəmirdən az-az götürərək yerləşdiririk. Forma vermək üçün hər bir peçenyanın kənarlarını yuva orta hissəsini isə çuxur şəklində düzədirik. 180 dərəcədə 10-15 dəqiqə bişiririk.

Peçenyalar soyuduqdan sonra üzərindəki boşluğa şokolad yağı,daha sonra isə “marsmallow” şəkəri yerləşdiririk. Beləliklə, gözəl görünüşlü ləziz peçenyalarımız süfrəyə verilməyə hazırdır.

Nuş olsun!
Etiketlər: sonra, şəkəri, dəqiqə, yerləşdiririk, Xəmir, götürərək, xəmirdən, vermək, kənarlarını, peçenyanın, çəkilmiş, Forma, sərilmiş, kündələri, köməyi, texnikasının, maşından, keçirdirik, hissəsini, kağız
BİZİ İZLƏYİN