• Moruq və şokolad ilə Mini merenqilər resepti

Reseptin məlumatları Baxış sayı: 3 129

Tarix : 10-05-2017, 21:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Limon – ½ hissə
Yumurtanın ağı – 4 ədəd (otaq istiliyində)
Şəkər kirşanı – 1.5 stəkan
Vanil – 1 ç.q.
Üzüm sirkəsi – 1 ç.q
Qarğıdalı nişastası – 2.5 ç.q.
Moruq əzilmişi – 1 stəkan
Parçalanmış qara şokolad – 175 qr
Krem şanti – 500 ml
Amaretto likör – 1 x.q. (olmasa da olar)

Hazırlanması:
Sobanı 140 dərəcədə isidin. Soba qablarının içərisinə bişirmə kağızı salın. Yumurta ağları ilə yarım limonu köpüklənənə qədər mikserdən keçirdin. Sonra şəkər kirşanı əlavə edib sürətlə qarışdırın. Daha sonra isə ələnmiş qarğıdalı unun, sirkəni və vanili əlavə edib yaxşıca qarışdırın. Əzilmiş moruğu da qarışıma əlavə edib yaxşıca qarışdırmaq lazımdır. Sonra isə qarışımı bir torbaya yığın və soba qablarına 3-4 sm diametrində yumrular qoyun. 1 saat ərzində bişirin (30 dədiqə keçdikdən sonra altdan üstə qoyun). Sobanı söndürün və merenqiləri qoyun sobanın işində 1 saat boyunca soyusunlar. Sonra istiyə davamlı bir qaba şokoladı qoyun və üzərinə də kremin yarsını (250 ml) əlavə edin, qaz sobasında hamar hala gələnə qədər qarışdırın. Sonra hazır məhlul soyuyur və soyuducuda 30-40 dəqiqə saxlayın. Qatı qarışım alınacaq və kremin yarsını da onun üzərinə əlavə edin. Şokoladlı kremin üzərinə amretto likörünü və əzilmiş moruğun yarsını əlavə edib yaxşıca qarışdırıb, alınan kremi sıxma torbasına əlavə edirik. Həmim kremi əvvəlcədən hazırladığımız yumru bezelərin üzərinə sıxıb onları birləşdirin və soyuducuda 15-20 dəqiqə saxlayın və budur “sendviç”ləriniz hazırdır.

Nuş olsun!
Etiketlər: kirşanl, əlavə, üzərinə, Sonra, qoyun, qarışdırın, yarsını, yaxşıca, kremin, saxlayın, soyuducuda, Sobanı, sonra, kremi, qədər, dəqiqə, stəkan, kirşanı, şokoladı, davamlı
BİZİ İZLƏYİN