• Əlüstü peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 230 153

Tarix : 17-08-2014, 17:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q marqarin
300 q xama
2,5 - 3 st. un
0,5 paket qabartma tozu

Hazırlanması:
Göstərilən ərzaqlardan ələ yapışmayan, elastik xəmir yoğurun. Şəkər tozu və yumurta gərək deyil. Un isə göstəriləndən az və ya çox gərəkə bilər. Xəmiri hazırladıqdan sonra yarım saat soyuducuda saxlayın.

Sonra çıxarıb yayın. Badənin köməyilə dairələr kəsin. Bir üzünü şəkər tozuna batırıb siniyə düzün.

Şəkər tozundan başqa, küncüt, xaş-xaş və s. də istifadə edə bilərsiniz.

180 dərəcə qızdırılmış sobada üstü qızarınca bişirin.

Qat-qat və zərif, ağızda əriyən peçenyelər alınacaq.

Nuş olsun!
Etiketlər: Şəkər, tozundan, düzün, başqa, küncüt, siniyə, batırıb, kəsin, dairələr, üzünü, şəkər, tozuna, istifadə, dərəcə, əriyən, peçenyelər, alınacaq, olsun, zərif
BİZİ İZLƏYİN