• Kokoslu baton resepti

Reseptin məlumatları Baxış sayı: 18 204

Tarix : 17-08-2014, 07:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 10-12


Tərkibi (60 ədəd):
3 yumurtanın ağı
300 q şəkər tozu
1 ç.q. limon sedrası
2 x.q. qarğıdalı unu
280 q kokos yonqarı
60 q tünd şokolad

Hazırlanması:
Sobanı 160 dərəcə qızdırın. İki sinini yağlayıb içinə perqament döşəyin.

Yumurta ağını quru kasaya töküb mikserlə möhkəm çalın. Az-az şəkər tozu əlavə edin. Şəkər tozu əriyənədək, möhkəm, qatı, parıldayan kütlə alınanadək çalın. Limon sedrası əlavə edin (sedra əvəzinə 2-3 damcı limon şirəsi götürə bilərsiniz).

Bu qarışığı daha böyük qaba tökün, ələnmiş qarğıdalı unu, kokos yonqarı (üzərinə səpmək üçün 2 x.q. qaşığı qədər saxlayın) əlavə edib qaşıqla qarışdırın.

Bu qarışıqdan 1-2 qaşıq götürüb bir-birindən 3 sm aralı olmaqla hazırladığınız sinilərə düzün. Qalan kokos yonqarını üstünə səpin. Sobada 15-20 dəqiqə, qızılı rəng alanadək bişirin. Şəbəkənin üstünə düzüb soyudun.

Elə belə də yemək olar. Ancaq şokolad sevənlər daha da irəli gedə bilərlər.

Şokoladı su hamamında əridin. Hər batonu şokolada batırıb, yenidən şəbəkənin üstünə düzün. Quruyandan sonra süfrəyə verin.

Nuş olsun!
Etiketlər: kokos, üstünə, əlavə, düzün, şokolad, möhkəm, yonqarı, çalın, limon, qarğıdalı, sedrası, şəkər, birindən, qızılı, aralı, alanadək, bişirin, Şəbəkənin, götürüb, dəqiqə
BİZİ İZLƏYİN