• Kəsmikli qızılgül qurabiyəsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 36 285

Tarix : 17-08-2014, 22:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Qışın ilk ayının boz günündə yayı xatırladan qızılgülə bənzəyən qurabiyə bişirək. Sanki üzərinə də qar yağsın. Axı bizdə qarın həsrətində olanlar çoxdur…

Tərkibi:
250 q kəsmik
2 yumurta
70 q şəkər tozu
200 q marqarin
2 st. un
0,5 ç.q. soda
1 ç.q. sirkə
5 q vanilli şəkər
4 x.q. üyüdülmüş qoz
2 x.q. şəkər pudrası
1 çimdik duz

Hazırlanması:
Yumurtaların ağını sarısından ayırın, yumurta ağlarını soyuducuya qoyun.

1 st. unu kəsmiklə ovun.
Kəsmikli qızılgül qurabiyəsi resepti - FOTO RESEPT


Soyudulmuş marqarini bu ovuntuğun üstünə sürtgəcdən keçirin. Unun ikinci stəkanını, yumurta sarılarını, 1 çimdik duz, sirkədə söndürülmüş sodanı əlavə edin.
Kəsmikli qızılgül qurabiyəsi resepti - FOTO RESEPT


Əlüstü xəmir yoğurun, yəni çox yoğurmağa gərək yoxdur ("Napoleon" xəmiri kimi), qida plyonkasına büküb soyuducuda 30 dəqiqə saxlayın.
Kəsmikli qızılgül qurabiyəsi resepti - FOTO RESEPT


Soyumuş yumurta ağını möhkəm çalın, sonda şəkər tozu və vanilli şəkər əlavə edib çalın.
Kəsmikli qızılgül qurabiyəsi resepti - FOTO RESEPT


Xəmiri 5 mm qalınlıqda yayın. Çalınmış yumurta ağını üstünə çəkin, üyüdülmüş qoz səpin.
Kəsmikli qızılgül qurabiyəsi resepti - FOTO RESEPT


Rulet kimi bükün. Kənarlarını bərkidin. Ruleti 1,5 sm qalınlıqda dilimləyin.
Kəsmikli qızılgül qurabiyəsi resepti - FOTO RESEPT


Perqament döşənmiş siniyə bir-birindən ən azı 3 sm aralı olmaqla düzün. Bişəndə böyüyəcəklər.
Kəsmikli qızılgül qurabiyəsi resepti - FOTO RESEPT


180 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.
Kəsmikli qızılgül qurabiyəsi resepti - FOTO RESEPT


Hazır peçenyeləri qaba yığıb üzərinə şəkər pudrası səpin.
Kəsmikli qızılgül qurabiyəsi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, yumurta, ağını, pudrası, üyüdülmüş, vanilli, çimdik, üstünə, səpin, qalınlıqda, çalın, dəqiqə, əlavə, üzərinə, yayın, günündə, Xəmiri, Çalınmış, ayının, Kənarlarını
BİZİ İZLƏYİN