• Yulaflı hilli qurabiyələr resepti

Reseptin məlumatları Baxış sayı: 3 833

Tarix : 16-06-2018, 18:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Səltənət Zülfüqarova


Tərkibi:
1 bağlama tünd qara (80%-dən çox) şokolad (mütləq deyil)
200 qr yulaf unu (düyü, qarabaşaq unları ilə də əvəz edilə bilər)
200 qr qəhvəyi şəkər
bir çimdik üyüdülmüş hil
1 çay qağışı soda
bir çimdik duz
bir çimdik ətotu (rozmarin)
un alan miqdarda duru küncüt yağı (badam, kokos və günəbaxan yağlarıda ola bilər)

Hazırlanması:
Şokolad xırdalanır, bütün qaran ərzaqlar bir qaba əlavə eilib qaşıqla qaırşdırılır. Un alana qədər küncüt yağı əlavə olunur. Qum konsistensiyalı xəmir meydana gəlir. Xəmir yaxşıca yoğrulur və ovucun içində lülələr şəklinə salınana qədər sıxılır. Üzərində ehmalca basılaraq yastılanır.

Xəmirlə ehtiyatla davranmaq lazımdır çünki, elastik olmadığından asanlıqla dağıla bilər. Soba 200 dərəcəyə qədər qızdırılır və qurabiyə lər sıra ilə qaba düzülür və tam qızdırılmış sobaya qoyulur. Rəngi bir az tündləşənə və xəmir bərkiyənə qədər bişirilir. Bu qurabiyələr süd ilə möhtəşəm dad tandemi yaradır.

Nuş olsun!
Etiketlər: möhtəşəm, qədər, çimdik, bilər, əlavə, küncüt, xəmir, Xəmirlə, yastılanır, ehtiyatla, davranmaq, lazımdır, ovucun, çünki, basılaraq, içində, salınana, şəklinə, sıxılır, Üzərində, ehmalca
BİZİ İZLƏYİN