• Orijinalını unutduran snickers resepti

Reseptin məlumatları Baxış sayı: 3 875

Tarix : 30-05-2017, 14:00

Bölmə : Peçenye reseptləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
12 ədəd Savoiardi( yarım paket)

Karamel Sous:
Yarım çay stəkanı çiy krem
Yarım çay stəkanı süd
1 çay stəkanı şəkər tozu
1 çay qaşığı kərəyağ/ margarin

Üzəri üçün:
80 gram tünd və ya südlü şokolad
1 kasa duzlu fıstıq

Hazırlanması:
İlk öncə karamel sousunuzu hazırlayaq.
Şəkəri bir tavaya qoyaq əriməsini gözləyək, əridikdən sonra 1-2 dəqiqə qaynadaq.
Çox qararmamasına diqqət edək.
Tavanı kənara qoyaq südü və kremi az az əlavə edərək tez tez qarışdıraq.
Və içinə kərəyağı qoyub qarışdırmağa davam edək.
Biraz qaynadaq.
Yemək qaşığı köməyi ilə karameli peçenyelərin üzərinə yayaq və üzərinə fıstıq qoyaq.
Hamısını bitirdikdən sonra əridilmiş şokoladı təkrar yemək qaşığı köməyi ilə üzərinə tökək.
Və soyumasını gözləyək.

Nuş olsun!
Etiketlər: üzərinə, stəkanı, qoyaq, qaşığı, gözləyək, fıstıq, köməyi, sonra, qaynadaq, Yarım, davam, qarışdıraq, edərək, içinə, qoyub, qarışdırmağa, kərəyağı, Biraz, peçenyelərin, təkrar
BİZİ İZLƏYİN