• Şaftalı peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 192 833

Tarix : 17-03-2017, 14:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (20 ədəd):
Xəmir:

125 q marqarin
2 x.q. qatıq
0,5 st. şəkər tozu
1 yumurta
0,5 paket qabartma tozu
0,5 paket vanil
aldığı qədər un

40 ədəd yarım qoz qabığı (20 qozun qabığını ikiyə ayırın)

Krem:
250 q süd
1 yumurta
1 st. + 1 barmaq enində un
0,5 st. şəkər tozu
0,5 ç.q. vanil
4,5 x.q. marqarin

Üzərinə:
qırmızı və sarı qida boyası
şəkər tozu

Hazırlanması:
Krem:
Vanil və marqarindən başqa, digər ərzaqları mikserdə çalın. Ocağın üstünə qoyun, qarışdıraraq sıyıq halına gələnədək bişirin. Ocaqdan götürün, vanil əlavə edin. İlıq olanda 4,5 x.q. marqarini əlavə edib 10 dəqiqə çalın.

Xəmir: Marqarin, qatıq, şəkər tozu, yumurta, qabartma tozu, vanil və aldığı qədər unu yoğurun. Üzərini yaş dəsmalla örtüb 10 dəqiqə saxlayın.

Xəmirdən qoz boyda kündələr tutub bunları qoz qabıqlarının üstünə çəkin. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada qızaranadək bişirin.

Bişmiş peçenyelərin içindən qoz qabıqlarını çıxarın. Peçenyelərin içinə krem doldurub cüt-cüt yapışdırın.

Qida boyalarını çox az suyla qarışdırın. Peçenyeləri boyayın, şəkər tozuna batırın.

Nuş olsun!
Etiketlər: şəkər, vanil, yumurta, paket, qabartma, qədər, çalın, üstünə, bişirin, aldığı, dəqiqə, qatıq, əlavə, marqarin, çəkin, qabıqlarının, Əvvəlcədən, dərəcə, bunları, Üzərini
BİZİ İZLƏYİN