• Zəncəfilli qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 17 004

Tarix : 20-08-2014, 07:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q un
2 ç.q. zəncəfil
0,5 stəkandan bir barmaq yuxarı qəhvəyi şəkər tozu
250 q marqarin
2 yumurta
1,5 st. badam unu
1 ç.q. qabartma tozu
zoğal və ya albalı cemi

Hazırlanması:
Unu ələyin, zəncəfil, şəkər tozu, marqarin, yumurta, badam unu və qabartma tozunu əlavə edib yoğurun. Xəmiri 4 mm qalınlıqda yayın. Ürək şəklində qəliblə kəsin. Alınan "ürək"lərin yarısının ortasında xırda ürək şəklində dəliklər açın.

Yağlanmış siniyə düzün. 180 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Sonra "ürək"lərin arasına cem çəkməklə iki-iki yapışdırın (ortası dəlikli hissələr üstdə olmaq şərtilə). Üstdəki ürək şəkilli çalanı da cemlə doldurun.

Nuş olsun!
Etiketlər: yumurta, marqarin, badam, qabartma, şəklində, şəkər, lərin, zəncəfil, Sonra, bişirin, arasına, yapışdırın, çəkməklə, dəqiqə, sobada, siniyə, düzün, dərəcə, qızdırılmış, ortası
BİZİ İZLƏYİN