• Almaz qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 17 926

Tarix : 20-08-2014, 17:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (20 ədəd):
225 q otaq temperaturunda kərə yağı
1,5 st. şəkər pudrası
2 yumurtanın sarısı
2 x.q. qaymaq
2 st. un
0,5 st. kakao
1 paket vanil
1 çimdik duz

Üzərinə:
1 st. şəkər tozu

Şokoladlı sous:
120 q "Bitter" şokoladı
1 x.q. kərə yağı
3 x.q. bal
3 x.q. qaymaq

Hazırlanması:
Xəmir:
kərə yağı ilə şəkər pudrasını çalın. Yumurta sarılarını əlavə edib qarışdırın. Qaymaq, un, kakao, vanil, duz əlavə edərək qarışdırın.

Xəmirdən qoz boyda parçalar ayırıb kündələr tutun. Şəkər tozuna batırıb yağlanmış formaya düzün. Ortalarında barmağınızla oyuq açın.

Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada bişirin. Sobadan çıxarıb soyudun.

Şokoladlı sous: şokoladı yağla birlikdə su hamamında əridin. Ocağı söndürdükdən sonra bal və qaymağı əlavə edib qarışdırın. Konditer şprisinə doldurub soyumuş qurabiyələrin içini doldurun.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, qarışdırın, qaymaq, vanil, kakao, şokoladı, Sobadan, bişirin, çıxarıb, olsun, soyudun, doldurun, sobada, qızdırılmış, düzün, formaya, Ortalarında, barmağınızla, dərəcə
BİZİ İZLƏYİN