• Evdə hazırlanma oreo peçenyeləri resepti

Reseptin məlumatları Baxış sayı: 3 857

Tarix : 9-06-2017, 17:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Peçenye üçün:
125 gr normal un
45 gr südü
30 gr doşab vəya bal
1/4 paket qabartma tozu
1 çay qaşığı vanil
80 gr şəkər
30 gr kakao
1/4 çay qaşığı duz
45 gr zeytun yağı

Krem üçün:
30 gr kərəyağı – otaq temperaturunda yumşalmış
30 gr zeytun yağı – çox duru olduğu üçün soyuducuda saxlayıb qatılaşmalıdır və ya yumşaq kərəyağı
60 gr pudra şəkəri
1 çay qaşığı vanil

Hazırlanması:
Quru ərzaqları bir qaba qoyun.
Ayrı bir qabda duruları qarışdırdıqdan sonra quruları əlavə edin.
Əlinizlə xəmir halına gətirdikdən sonra streçlə sərib yarım saat soyuducuda saxlayın.
Yarım saat sonra sobanızı 150 dərəcəyə qoyun.
Xəmiri istədiyiniz qalınlıqda oxlov ilə açın.
Stəkanla kəsin və yağlı kağızlı soba qabına yan yana düzüb 10 dəqiqə bişirin.
Sobadan çıxanda onların yumşaq olması sizi aldatmasın, vaxt keçdikcə sərtləşəcək.
10 dəqiqə bişirmə vaxtını aşmamalıdır.
Yağları 3 dəqiqə çaldıqdan sonra şəkəri əlavə edib çalmağa davam edirik.
Vanili də əlavə etdikdən sonra krem hazırdır.
Əgər çox durudursa, soyuducuda 10 dəqiqə saxladıqdan sonra qaşıq köməyi ilə peçenyelərə yayın.

Nuş olsun!
Etiketlər: sonra, dəqiqə, soyuducuda, qaşığı, əlavə, zeytun, kərəyağı, yumşaq, qoyun, vanil, şəkəri, aldatmasın, keçdikcə, bişirmə, sərtləşəcək, olması, Sobadan, kağızlı, yağlı, kəsin
BİZİ İZLƏYİN