• Ev qurabiyəsi resepti

Reseptin məlumatları Baxış sayı: 27 304

Tarix : 20-08-2014, 23:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 st. un
250 q kərə yağı
3 yumurta
1,25 st. şəkər tozu
0,5 ç.q. soda
0,5 ç.q. vanil

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə ağarıncayadək çalın. Yumşaldılmış kərə yağı və ya marqarin, soda, vanil əlavə edib qarışdırın. Sonra tədricən un əlavə edərək bərk xəmir yoğurun.

Hazır xəmiri ət maşınından keçirin. Alınan borucuqlardan halqa düzəldin, yağlanmış siniyə düzün. 180 dərəcə qızdırılmış sobada üstü qızarıncayadək bişirin.

Hazır peçenyenin üzərinə şəkər tozu və ya pudrası səpin.

Nuş olsun!
Etiketlər: şəkər, vanil, əlavə, Hazır, siniyə, düzün, dərəcə, yağlanmış, düzəldin, Alınan, borucuqlardan, halqa, qızdırılmış, sobada, pudrası, səpin, olsun, üzərinə, peçenyenin, qızarıncayadək
BİZİ İZLƏYİN