• Limonlu peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 10 957

Tarix : 19-06-2017, 17:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 stəkan un,
1 çay qaşığı qabartma tozu,
1 çay qaşığı duz,
1 xörək qaşığı kərə yağı,
2 stəkan şəkər tozu,
2 ədəd yumurta,
400 qram kəsmik,
3 xörək qaşığı limon suyu,
1 ədəd rəndələnmiş limon qabığı.

Hazırlanması:
Sobanı 190 dərəcədə isidin. Bir qabda un, qabartma tozu və duzu qarışdırın. Başqa bir qabda kərə yağı və şəkər tozunu krem halına gələnə qədər mikser vasitəsi ilə qarışdırın. Yumurtaları tək-tək əlavə edin və hər əlavədən sonra yaxşıca qarışdırın. Kəsmik, limon suyu və rəndələnmiş limon qabığını da əlavə etdikdən sonra yenə mikser vasitəsi ilə qarışdırın. Sonra unu da əlavə edib, qaşıq vasitəsi ilə yaxşıca qarışdırın. Soba listinin içinə falqa kağızı sərib, yağlayın və hazırladığınız xəmiri yastı peçenye və ya basqa istədiyiniz formaya salıb, listin içinə düzün. Sobada 15 dəqiqə ərzində bişirin.

Nuş olsun!
Etiketlər: qarışdırın, limon, qaşığı, vasitəsi, əlavə, mikser, stəkan, içinə, yaxşıca, qabda, sonra, şəkər, xörək, rəndələnmiş, qabartma, yastı, xəmiri, hazırladığınız, falqa, kağızı
BİZİ İZLƏYİN