• Kiçik banan piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 12 190

Tarix : 4-07-2017, 17:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Sevinc


Tərkibi:
●4 stəkan un
●200 qram xama
●200 qram ərinmiş kərə yağı
●bir çimdik duz
●1paket qabartma tozu və vanil

İçlik üçün:
●200 qram kəsmik (tvaroq)
●1 stəkandan 1 barmaq az şəkər tozu
●2 x/qaşığı un
●1paket vanil
●1ç/qaşığı darçın ( sevməyənlər qatmaya da bilər)

Üzəri üçün:
●Şəkər pudrası

Hazırlanması:
Əvvəlcə əlimizlə yymşaq bir xəmir yoğururuq.Üzərini streçlə örtüb soyuducuya qoyuruq.Təqribən 30 dəq qalır..İçliyi hazırlayırıq.İçlik üçün yuxarıda yazdıqlarımı bir-birinə qatıb qarışdırırıq.Soyuducudan götürdüyümüz xəmiri xırda kündələrə ayırıb şəkərburada olduğu kimi yayırıq.Arasına içlik qoyub,büküb banan forması veririk.Yağlı kağız sərdiyimiz soba tavasında 180° də bişiririk..Üzəri biraz qızardıqda hazırdır.Soyuduqdan sonra şəkər pudrası səpib süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: Üzəri, şəkər, qaşığı, vanil, İçlik, pudrası, büküb, banan, Arasına, içlik, yayırıq, qoyub, şəkərburada, xəmiri, götürdüyümüz, Soyuducudan, xırda, kündələrə, forması
BİZİ İZLƏYİN