• Qat-qat xəmirdən portağal cemli üçkünclər resepti

Reseptin məlumatları Baxış sayı: 4 652

Tarix : 21-07-2017, 21:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
qat-qat xəmir
mürəbbə

Hazırlanması:
Bəzən tez - tələsik ortalığa bir şey çıxartmaq lazım olanda, köməyə hazır qat-qat xəmir gəlir.

1. Xəmiri 30 dəq əvvəl dondurucudan çıxardın.

2. Bir yumurtanı kiçik qaba qırın.

3. Dördkünc şəkildə satılan hazır xəmirin qıraqlarına yumurta ağı çəkin ( bişəndə açılmasın diyə ) , 1 dolu çay qaşığı cem qoyun və 3-künc şəkildə bükün.

Üstünə yumurta sarısı və əvvəldən 190 t isidilmiş sobaya göndərin15-20 dəqiqəlik.

P.S. cem qatı olmalıdı , yoxsa bişəndə əriyib töküləcək. Ceminiz durudursa, onda bir qabın içinə lazım olan qədər cem qoyun , yarım çay qaşığı nişasta əlavə edib qarışdırın. Bişəndə nişasta cemi "yığacaq" , onu əriməyə qoymayacaq.
P.S.P.S. yeyilməyən cemi beləcə dəyişik tərzdə yəqdim edib, külfətə yedirə bilərsiz.

Nuş olsun!
Etiketlər: yumurta, şəkildə, bişəndə, qaşığı, xəmir, qoyun, hazır, nişasta, lazım, Ceminiz, külfətə, yəqdim, yedirə, durudursa, tərzdə, töküləcək, olmalıdı, dəqiqəlik, yoxsa, əriyib
BİZİ İZLƏYİN