• Gara kişmişli qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 5 521

Tarix : 24-07-2017, 19:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
100gr yumuşag kərə yağı
2 yumurta sarısı
1 stakandan 2 barmag az şəkər
tozu
1çay gaşığı gabartma tozu
1,5 stakan un
1 cimdik duz
100 gr gara xırda kişmiş ( 1 ovuc )

Hazırlanması:
1. Yağı şəkərlə yaxşıca çalmax.
2. Yumurta sarılarını bir-bir əlavə etmək, hər səfərində yaxşı çalmax.
3. Ələyin içinə 1 stakan un, duz və gabartma tozunu goyub çalınmış məhlulun içinə ələmək. Gaşıgla garışdırmak (artık mikseri istifadə etmək olmaz) və gaşıgla az-az galan 0,5 stakan unu əlavə etmək. Elə ki xəmir yığıldı və ələ yapışmayan hala gəldi, artıg un əlavə etməyin. Yəni çox sərt xəmir olmamalıdır, əksinə yumuşag xəmir əldə etməlisiz. Buna görə son 0,5 stakan unu az-az tökməyi məsləhət görürəm.
4. Ən axırda xəmir tam yığılmamış halında olanda, gara kişmişləri əlavə edin və xəmiri nəhayət toplayın. Bu xəmiri mayalı xəmir kimi çox yoğurmag olmaz, əks halda gurabiyələr bişəndən sonra daş kimi bərk alınacak.
5. Xəmiri 20 dəg soyuducuda saxlayın, sonra yumru kiçik kündələrə bölüb soba sinisinə yığın. Sinini yağlamaya ehtiyac yoxdur, xəmirin tərkibindəki yağ onların yapışmamasını goruyur.
Gurabiyələri əvvəlcədən 180 t isidilmiş sobada 20 dəg bişirin. Üstü çox gızarmamalıdır, biraz ağımsoy galmalıfır. Bişən gurabiyələr əvvəlcə sərt olur, soyudugca yumşalır.
* mən gurabiyənin içinə türk istehsalı olan "Guş üzümü" deyilən kişmişdən istifadə etdim.
* zövglər müxtəlifdir, gurabiyənin şirinliyi sizə az görünsə, üstünə şəkər kirşanı səpə bilərsiz.

Nuş olsun!
Etiketlər: xəmir, stakan, əlavə, etmək, içinə, xəmiri, gurabiyənin, çalmax, gurabiyələr, gabartma, sonra, yumuşag, olmaz, istifadə, şəkər, ehtiyac, yağlamaya, yapışmamasını, goruyur, onların
BİZİ İZLƏYİN