• Şəkərçörək resepti

Reseptin məlumatları Baxış sayı: 13 262

Tarix : 6-08-2017, 22:00

Bölmə : Peçenye reseptləri / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 stəkan şəkər tozu
1 ədəd yumurta
qabartma tozu
vanil
un (apardığı qədər)

Hazırlanması:
Əvvəlcə şəkər tozunu kirşan halına gətirib, yağ ilə tam həll olanadək mikserlə çalırıq. Kənarda yumurta sarısını ağından ayrırıq .Ağı tam ağaranadək çalırıq. Sarısından üstü üçün götürürük (təxminən yarısını). Sonra qalan sarını yağa əlavə edib çalırıq. Yumurta ağını da qarışdırıb, çalmağa davam edirik.
Digər tərəfdə un, qabartma tozu və vanili qarışdırıb, yağa əlavə edirik. Bərk xəmir yoğururuq və kiçik yumru hissələrə ayırırıq. Ortasını azca basıb yumurta sarısı qoyuruq. Sonra 160º-də sobada altı qızaranacan bişiririk.

Nuş olsun!
Etiketlər: çalırıq, yumurta, əlavə, qarışdırıb, edirik, Sonra, qabartma, şəkər, vanili, xəmir, yoğururuq, tərəfdə, Digər, çalmağa, davam, kiçik, ağını, yumru, qoyuruq, sobada
BİZİ İZLƏYİN