• Gül qurabiyəsi resepti

Reseptin məlumatları Baxış sayı: 7 869

Tarix : 9-08-2017, 22:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
2 ədəd yumurtanın ağı,
200 qr yağ (otaq temperaturunda),
100 qr bitki yağı,
5 x.q. şəkər tozu,
1 paket vanil,
3 x.q. üzüm sirkəsi,
1 çimdik duz,
1 paket qabartma tozu,
un (apardığı qədər)

Üzəri üçün:
yumurta sarısı,
çörəkotu

Hazırlanması:
Əvvəlcə yumurta, şəkər tozu, yağ və vanili ağaranadək mikserlə çalırıq. Üzərinə üzüm sirkəsi, qabartma tozu, duz və apardığı qədər un töküb, xəmir yoğururuq. Xəmir yumşaq olmalıdır. Xəmirdən kiçik ölçülü kündələr tutub, soba qabına gül şəklində düzürük. Üzərinə yumurta sarısı çəkib, güllərin mərkəzinə çörəkotu səpirik. Əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada altı azca qızarana kimi bişiririk.

Nuş olsun!
Etiketlər: yumurta, qədər, apardığı, çörəkotu, Üzərinə, Xəmir, qabartma, sarısı, paket, şəkər, sirkəsi, düzürük, sobada, qızarana, qabına, kündələr, tutub, çəkib, şəklində, səpirik
BİZİ İZLƏYİN