• Milföy xəmirindən şirniyyat resepti

Reseptin məlumatları Baxış sayı: 6 725

Tarix : 21-08-2017, 22:00

Bölmə : Peçenye reseptləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
10 ədəd milföy
2 paket südlü şokolad (və ya “Nutella”) Üzəri üçün:
zeytun yağı,
pudra şəkəri

Hazırlanması:
Milföyləri buzxanadan çıxardıb,xəmirləri bir-birindən ayırırıq. Ayrı-ayrı taxtanın üzərinə düzürük ki, milföylərin buzu açıldıqda sulu yaş kimi olmasın. Hər bir xəmirin kənarlarından bıçaqla lentlər kəsib, mərkəzinə şokolad yerləşdiririk. Lentləri şokoladın üzərindən sıra ilə, hörük kimi yerləşdiririk. Üzərinə zeytun yağı çəkirik. Əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada üstü qızarana kimi 20-25 dəqiqə bişiririk. Üzərinə yumurta çəkmədiyimizdən çox qızarmır.
Soyuduqdan sonra üzərinə pudra şəkəri səpib, servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, şəkəri, Üzərinə, zeytun, pudra, yerləşdiririk, şokolad, dərəcə, sobada, istilikli, qızdırılmış, çəkirik, üzərindən, şokoladın, hörük, Əvvəlcədən, bişiririk, sonra, səpib, servis
BİZİ İZLƏYİN