• Badambura resepti

Reseptin məlumatları Baxış sayı: 95 672

Tarix : 23-08-2017, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
2 st süd,
3 x.q. şəkər,
2 ç.q. maya,
3 ədəd yumurta,
150 qr yağ,
0.5 st duru yağ,
2 x.q. xama,
1 çimdik duz,
un (apardığı qədər)

Arası üçün:
əridilmiş yağ

İç üçün:
400 qr badam,
350 qr şəkər tozu,
hil, vanil

Hazırlanması:
Əvvəlcə südü ilıq olana kimi qızdırıb, şəkər və mayanı həll edirik və 5 dəqiqə saxlayırıq. Daha sonra yağ, yumurta, südlü maya və xəmirə gedəcək qalan ərzaqları əlavə edib, yumuşaq xəmir yoğururuq. Xəmiri acıması üçün isti yerdə 1-2 saat saxlayırıq.

Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İçlik üçün badam ləpəsini çəkərək üzərinə şəkər tozu və hil əlavə edib, qarışdırırıq.

Acımış xəmirdən yumurtadan 2 dəfə böyük ölçüdə 16 ədəd kündə tuturuq və 10 dəqiqə gözlədirik. *Qeyd. Kündələri 8-8 olmaqla iki dəfəyə bişiririk.

Daha sonra kündələri sıra ilə yayıb, aralarına yağ çəkərək üst-üstə yığırıq. 2 barmaq enində lentlər kəsirik. Hər lenti rulet kimi büküb, 5 dəqiqə gözlədirik. Sonra əlimizlə kündəni dairəvi formada açırıq. İçliyi yerləşdirib ağzını bükürük. Soba qabına düzüb, 160-180 dərəcə istilikli sobada üzərini çox qızartmamaq şərti ilə bişiririk. Son olaraq üzərinə şəkər pudrası səpilir.

Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, çəkərək, üzərinə, saxlayırıq, sonra, gözlədirik, badam, bişiririk, yumurta, əlavə, büküb, Sonra, lentlər, rulet, lenti, enində, kəsirik, yığırıq, dəfəyə
BİZİ İZLƏYİN