• Şəki halvası resepti

Reseptin məlumatları Baxış sayı: 17614

Tarix : 26.08.2014, 00:00

Bölmə : Şirniyyatlar » Şərbətli şirniyyatlar

Mətbəx : Şəki mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Stalik Xankişiyev




Tərkibi:
1 kq düyü unu
su (aldığı qədər)
3-4 kq fındıq
1 kq şəkər tozu
keşniş toxumu

Hazırlanması:
Düyü ununun üzərinə tədriclə su səpilərək bərk xəmir yoğrulur. Sonra hər dəfə yaxşıca yoğurmaqla bütün su una hopdurulur. Xəmirdə lopa qalmamalı, duru, tam qarışmış olmalıdır.

Sonra iri sini götürülüb nazik qat yağlanır. Ocağın üstə qoyulur. Düyü unundan hazırlanan xəmir xüsusi, deşikli qıfa doldurularaq həmin sininin üzərində çarpaz xətlər istiqamətlərində gəzdirilir. Alınan riştə (lavaş) vam ocaqda yarım dəqiqə bişirilir. Bu qayda ilə xəmir bitənəcək riştələr bişirilir.

Riştələr başqa sinidə üst-üstə düzülür. Qovrulub xırdalanmış fındıq xırdalanmış keşniş toxumu ilə qarışdırılır. 6 qat riştə düzəndən sonra riştələrin sinidən kənara çıxan hissələri səliqəylə kəsilir və ya qoparılır. Bunları da səliqə ilə ayırıb döşəmək lazımdır. Təxminən 1 sm qalınlıqda iç yayılır. Üstünə bir qat riştə döşənir və yenə 1 sm qalınlıqda iç yayılır.

Halvanın üstünə bütöv riştə çəkilir, kənarı halvanın altına qatlanır. Əllə hamarlanır, üzərinə başqa sini qoyulub basdalanır. Halvanın üstü zəfərandan hazırlanmış qırmızı boya ilə boyanır, yaxud naxış çəkilir.

Ocağın üstə qızdırılmış başqa siniyə qoyulur. Əllə fırladılaraq bişirilir. Bir müddət sonra altı yoxlanılır. Qızılı rəngdədirsə, deməli, bişib.

Su və şəkərdən şərbət bişirilir.

Halva içinə qatı şərbət tökülmüş digər siniyə qoyulur, üzərinə şərbət gəzdirilir. Şərbət hopsun deyə bir gün saxlanılır.

Sonra halva kvadratlara doğranır.

Nuş olsun!

Etiketlər: riştə, bişirilir, xəmir, üzərinə, Sonra, şərbət, qoyulur, başqa, gəzdirilir, xırdalanmış, çəkilir, siniyə, Halvanın, yayılır, qalınlıqda, Ocağın, sonra, fındıq, keşniş, toxumu
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Guler
seki halvasini xoslayiram 127
26 avqust 2014 01:36
1
BİZİ İZLƏYİN